Gürcüstanda güclü zəlzələ nəticəsində azərbaycanlının evi dağıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda güclü zəlzələ nəticəsində azərbaycanlının evi dağıldı

Sosial

14 Fevral 2022 10:09 767


Gürcüstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinə ciddi ziyan dəyib. 

“Report”un yerli bürosu xəbər verir ki, fərdi yaşayış evinin divarı uçub.

Dmanisi meri Koba Muradaşvili Şahmarlı kəndinə baş çəkib. O bildirib ki, xüsusi komissiya evin dayanıqlığını yoxlayacaq, dəymiş ziyan da hesablanacaq və Qocayevlər ailəsinə kompensasiya ödəniləcək. Sezar pizza

Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!