Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
Yenisabah.az "Novosti Gruzia"ya istinadla xəbər verir ki, qurumun anti-terror mərkəzinin məhkəmə qərarı əsasında 4 ayrı məkanda və eyni vaxtda həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin terror qruplaşmasının nüfuzlu liderləri ilə əlaqələrinin olduğu və bir sıra ölkələrdə müxtəlif terror hücumları planlaşdırdıqları müəyyən edilib.
Əməliyyat zamanı terror qruplaşmasının simvolları, silah-sursat, partlayıcı maddələr və müxtəlif dəlillər ələ keçirilib. pizza sifarişi
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin xarici ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına qoşulmaq, eləcə də odlu silahların, partlayıcı vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasını nəzərdə tutan maddələri ilə cinayət işi açılıb.
Ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətləri müəyyən edilib və təhlükənin artması nəzərə alınaraq əldə edilən informasiya sürətlə tərəfdaş ölkələrlə paylaşılıb.
hazırda eyni iş çərçivəsində hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin müvəqqəti təcridxanasında olan 1 xarici ölkə vətəndaşına qarşı cinayət işi açılıb.
Telegram kanalımız