Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) keçmiş baş nazir Şinzo Abeyə sui-qəsd cəhdi fonunda bütün namizədlərindən bütün təşviqat fəaliyyətini dayandırmağı xahiş edib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, LDP bütün namizədlərindən hələlik hər hansı küçə təbliğatından çəkinməyi istəyib. Abeyə sui-qəsd də küçədə baş verib.
Eyni zamanda, ölkənin seçkilərin təşkili və keçirilməsinə cavabdeh olan İnzibati İşlər və Rabitə Nazirliyindən bildirilib ki, Yaponiya parlamentinin yuxarı palatasına iyulun 10-na təyin edilmiş seçkilərin vaxtı dəyişməyib. Pepperoni pizza
Telegram kanalımız