"Ahbap" Dərnəyinə qarşı aparılan istintaq genişlənməkdə davam edir. İstintaq materiallarına daxil edilən yeni ifadələrdə Haluk Leventlə əlaqəsi olduğu bildirilən iki qadının açıqlamaları da yer alıb.
"Yeni Sabah" xəbər verir ki, Türkiyədə "Ahbap" Dərnəyinə qarşı başladılan istintaq çərçivəsində saxlanılan dərnəyin sədri, müğənni Haluk Levent barəsində yeni detallar məlum olub.
Məlumata görə, məhkəmənin qərarı ilə Haluk Levent də daxil olmaqla 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, daha 11 şübhəli haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib. pizza hut
İstintaq materiallarında təxminən 1 milyard dollarlıq mərc dövriyyəsi ilə bağlı iddiaların yer alır.
Bundan əvvəl Haluk Leventin keçmiş sürücüsü İlker Çetin ifadəsində böyük məbləğdə pul köçürmələrinin onun göstərişi ilə həyata keçirildiyini iddia edib. O, həmçinin Leventin Şimali Kiprə səfərləri zamanı qumar oynadığını, öz bank hesabı vasitəsilə onun üçün kazino qəbzləri alındığını bildirib. Çetinin sözlərinə görə, bəzi əməliyyatların məbləği 2 milyon lirəyə qədər çatıb.
İstintaq çərçivəsində Haluk Leventlə əlaqəsi olduğu iddia edilən iki qadının da ifadələri üzə çıxıb.
İsveçrədə yaşayan proqram təminatı şirkətinin sahibi Nurdan Eriş bildirib ki, o, Haluk Leventlə 2016-cı ildə İsveçrədə həyata keçirilən "Uyuşmayalım" adlı narkotiklərlə mübarizə layihəsi çərçivəsində tanış olub. Daha sonra onların ailə dostuna çevrildiyini deyən Eriş istintaq sənədlərində adları keçən bir neçə şəxsi də məhz Haluk Levent vasitəsilə tanıdığını bildirib.
Xəbərdə adı çəkilən digər qadın Sevda Kurt isə ifadəsində Haluk Leventin ona evlilik vədi verdiyini, lakin sonradan aldadıldığını iddia edib.
Qeyd edək ki, istintaq davam edir və səsləndirilən iddialarla bağlı yekun məhkəmə qərarı hələ verilməyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız