“Hamı elə bilir ki, Azərbaycandan küsüb getmişəm”

saytların hazırlanması

Evə çatdırılma

“Hamı elə bilir ki, Azərbaycandan küsüb getmişəm”

Şou

12 Mart 2024 14:38 707


"Hamı elə bilir ki, küsüb getmişəm. Vətənimi çox sevirəm, vətənimdən necə küsə bilərəm axı?" 

Yenisabah.az 525.az-a istinadla xəbər verir ki, bunu müğənni Abbas Əhməd deyib.

O, Azərbaycandan köçməsinin səbəbini açıqlayıb: Dominos pizza

"Deməli, 2001-ci ildə "Qaya" ansamblı dağıldı. Bundan sonra maddi problemlərim yarandı. Həmin dövrdə müğənnilərin sayı xeyli artmışdı. Buna görə Moskvadan gələn dəvəti qəbul etdim".

A. Əhməd əlavə edib: "Moskvada yaşadığım 17 ildə də tez-tez Bakıya gəlirdim. Üstəlik, anam, qardaşım, bacım burada yaşayırdı".

"İndiki müğənnilərdən Üzeyir Mehdizadə çox xoşuma gəlir. Yadımdadır, hələ 2000-ci illərdə Moskvada yaşayan azərbaycanlılar Üzeyirə qulaq asırdılar. Onun stili fərqlidir. Cavan oğlanlar-qızlar bu gün belə mahnıları sevir, dinləyir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!