“Geniş mənada müharibə, o cümlədən Rusiyaya qarşı hibrid müharibə, eləcə də dost olmayan ölkələrlə qarşıdurma uzun müddət davam edəcək. Bu, cəmiyyətin prezidentin ətrafında birləşməsini zəruri edir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Vladimir Putinin ətrafında görünməmiş konsolidasiya var və onlar Kremldə prezidentə qarşı yüksək inam bəsləyirlər. Dördpendirli pizza
D. Peskov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi “xüsusi əməliyyat”ın başa çatması perspektivləri barədə nəticə çıxarmalıdır:
“Dəfələrlə demişik ki, Rusiya Federasiyasının məqsədləri müxtəlif yollarla həyata keçirilə bilər, o cümlədən siyasi və diplomatik. Ukrayna məsələsində, təəssüf ki, bu mümkün deyil. Odur ki, "əməliyyat" keçirməklə bunu həll edə bilərik”.
Telegram kanalımız