Hava ilə bağı son açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağı son açıqlama

Sosial

13 Aprel 2022 08:50 530


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən “Yeni Sabah”a daxil olan xəbərə görə, aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s , Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrdir. 
Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir. Sezar pizza

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!