Hava ilə bağlı   SON MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı SON MƏLUMAT

Sosial

15 Fevral 2026 10:55 428


Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, gecə saatlarında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə xidmətin məlumatında qeyd edilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Şahbuzda 7, Şərurda 6, Ordubad, Sədərəkdə 4, Astara, Naxçıvanda 2, Culfa, Yardımlı, Lənkəran, Daşkəsəndə 1 mm-dək qeydə alınıb. Dördpendirli pizza

Qərb küləyi əsib, küləyin maksimal sürəti Kəlbəcərdə 27, Şahdağda 25, Bakıda və Abşeron yarımadasında 21, Culfa, Daşkəsəndə 20, Goranboyda 19, Mingəçevir, Naftalan, Şamaxıda 18, Lerikdə 17, Qobustan, Altıağac, Yardımlıda 16, Şəkidə 15 m/s-dək güclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!