Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Sosial

26 Mart 2024 12:15 29245


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Dördpendirli pizza

Bundan əlavə, bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    Açığını deyim ki, bu Medvedyevdi, nə zibildi, ona qarşı məndə patoloji nifrət yaranıb. Bu rus faşisti və terrorçusunun nəinki tərbiyəsiz və əxlaqsız bəyanatlarına baxanda, hətta onun xalis donuzabənzər simasını görəndə əsəbimdən əllərim əsir. Hər dəfə onun özündə başqa xalqlara yuxarıdan aşağı baxdığını göstərən, tutduğu vəzifəsinə yaraşmayan arsız və həyasız açıqlamalarını oxuyanda, "əcəba bu əclafın dilini birdəfəlik kəsən biri tapılmayacaqmı?", düşüncəsindən özümü saxlaya bilmirəm. Başqa xalqlara xor baxan bu ayı oğlu ayı qəbul etmək istəmir ki, mənsub olduğu xalqın əksər nümayəndələri tarixən azadlıq hissindən məhrum, kölə ruhlu insan yığnağı olub. O, özünü nə belə yekə-yekə aparır.
    2 years ago