Havanı çirkləndirən şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Havanı çirkləndirən şəxs cəzalandırıldı

Sosial

24 İyul 2023 11:26 521


Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib. 

Bu barədə Yenisabah.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib. Dördpendirli pizza

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!