Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Sosial şəbəkələrdə əleyhinə yazan bir dəstə troll”

saytların hazırlanması

Evə çatdırılma

Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Sosial şəbəkələrdə əleyhinə yazan bir dəstə troll”

Şou

15 İyun 2026 13:07 9194


Yazıçı Həmid Herisçi hazırda xəstəxanada müalicə olunan Xalq artisti Flora Kərimovaya şeir həsr edib.

“Yeni Sabah” xəbər verir ki, o, şeiri “Facebook” hesabında paylaşıb.

FLORAYA: GEDƏK ÜZÜ KÜLƏYƏ Sezar pizza

Avara qalıb, işsizdi, sənsizdi, şanssizdi

Qapıdakı videokamera, 

Feyskontrol.

Həmidsizdi, səssizdi, sənsizdi,

tərtəmizdi

nə əcəb 

Xutor.

Ogrularla dolu Böyükşor.

Sənsizdi, yetimdi AZTV- yə, Şəhidlərə qalxan Finiklyor.

Sosial şəbəkələrdə əleyhinə yazan bir dəstə troll,

hətta belə susub.

Gedibsən üzü küləyə.

Bəlkə AZTV-yə

Bizim 2 - cü mərtəbəyə, 

Bəlkə bir də gəlmədin.

Deyərsiz xadiməyə,

520-ci otağdakı sərinkeşi unutdum, unutdun

söndürməyə.

Getdim üzüküləyə.

Eyvay....

Kompyuterinə əl dəymə...

Kodsuz, Florasız,

Düyməsinə dəfələrlə əl basmadız haaaa...

Bəlkə işləməyə.

Deyin kabinetini yığışdıran xadiməyə:

- Qapısında yenə də pişik dogub.

Allah özü onu

bütün bu əclaf mediaturlardan qoruyub!

Gedək üzüküləyə.

Yenidən təkrarlansın qoy,

Qızıl almanın qabığını soy,

Adəmlə Həvvədan qalan

O qədim əfsanə.

Gedək üzüküləyə.

Hazirsan küləklə

Güllələnməyə.

Qaytar divi şüşəyə.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Köməkçisinin sözlərinə görə, sənətkarın ürəyi ilə bağlı sağlamlıq problemləri mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zakir
    Tomris haqq səs i Flora xanıma şer Qədim xalqımızın Tomrisi sənsən, Azadlıq carçısı, haqq səsi sənsən! Himni, xəritəsi, nəğməsi sənsən Azərbaycan qızı, incə Flora Şuşanın dağısan, məncə Flora Gəl bir mahnı oxu sən Güldən çələng toxu sən Elim, obam oynasın, Ocağımız qaynasın! Düşmən qabağında əyilməz duran Çiynində bayrağım, qala Bəzz, Quran Şirvanı, Qubası, Naxçıvan, Aran Azərbaycan qızı, incə Flora Şuşanın dağısan məncə Flora Gəl bir mahnı oxu sən Güldən çələng toxu sən Elim, obam oynasın, Ocağımız qaynasın! Ulu öndər gəldi Heydəri gördük Şəhidlik zirvəsin, ərləri gördük Allah kömək oldu, Zəfəri gördük Azərbaycan qızı incə Flora Şuşanın dağısan məncə Flora Gəl bir mahnı oxu sən Güldən çələng toxu sən Elim, obam oynasın, Ocağımız qaynasın! Şeyx Zakir 15.06.2026
    3 months ago