“Təlim-tərbiyyə müəssisəsində belə halların baş verməsini qəti şəkildə qınayıram”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy deyib.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin müəlliminin tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Belə ki, sözügedən təhsil ocağının Aqrar və mühəndislik fakültəsinin baş müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi iddia olunur. pizza hut
Ekspert əvvəllər belə hadisə ilə rastlaşmadığını deyib:
“Bu halların olub-olmamasını araşdırmaq lazımdır. Hüquq mühafizə orqanları məsələni araşdırmalıdır. Xoşagələn hal deyil. Təlim-tərbiyyə müəssisəsində belə halların baş verməsini qəti olaraq qınayıram. Bu tip hadisəyə heç vaxt rast gəlməmişəm. Eşitmədiyim bir hadisədir. İndiyənə qədər qarşılaşmamışam”.
N.Şərifsoyun sözlərinə görə, hadisə sübuta yetiriləndən sonra müəllim cəzalandırılmalıdır:
“Universitet rəhbərliyi öncə məsələni dəqiqləşdirməli, hadisə sübut olunmalıdır. Ondan sonra təbii ki, müəllim cəzalanmalıdır. Əgər belə hal baş veribsə, univeristet rəhbərliyi elmi şurada müzakirəyə çıxarıb, qərar verəcək.
Belə hal qəbuledilməzdir. Nəinki təhsil müəssisəsində başqa qurumlarda da belə halın baş verməsi yolverilməzdir. Bu bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza ziddir. Heç kəs həmin şəxsi müdafiə etməməlidir. Cəmiyyət həmin müəllimi qınaq obyektinə çevirməlidir”.
Nəzrin Vahid
Telegram kanalımız