Hər kəsin sevərək yediyi biskvitdən kakaonun əvəzinə kömür çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Hər kəsin sevərək yediyi biskvitdən kakaonun əvəzinə kömür çıxdı

Hadisə

15 Avqust 2026 11:19 35


Misirdə fəaliyyət göstərən biskvit fabriklərindən birində aparılan yoxlama zamanı istehlakçıları təəccübləndirəcək faktlar üzə çıxıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, qanunsuz fəaliyyət göstərən müəssisədə bəzi məhsulların hazırlanması zamanı kakao əvəzinə E153 kodlu bitki mənşəli kömürdən istifadə edildiyi müəyyənləşib. Bundan başqa, vaxtı keçmiş xammallardan da yararlanıldığı aşkarlanıb.

Hadisə Kafr Şükr şəhərində keçirilən yoxlama zamanı baş verib. Məlumata görə, məhsullar satışa çıxarılmamışdan əvvəl müəssisədən ümumilikdə təxminən 1,8 ton uyğun olmayan məhsul və xammal götürülüb. Yoxlama zamanı 100 kiloqram istifadə müddəti bitmiş qlükoza, 30 kiloqram “Royal” markalı kərə yağı və tərkibində E153 olan bir çəllək aşkar edilib. Toyuqlu pizza

Bundan əlavə, hər birinin çəkisi təxminən 7 kiloqram olan 50 qutu biskvit də müsadirə olunub. Müəssisədə yenidən emal üçün saxlanılan ümumilikdə 1,1 ton biskvitin olduğu müəyyənləşdirilib. Məhsulların bir hissəsinin dondurma istehsalında istifadə olunmaq üçün hazırlandığı bildirilib.

Araşdırma zamanı fabrikin müvafiq lisenziya olmadan işlədiyi də müəyyənləşdirilib. Həmçinin bəzi xammalların mənşəyini təsdiqləyən sənədlərin olmadığı aşkarlanıb. Aşkarlanan məhsullarla bağlı protokol tərtib olunub və müəssisəyə cavabdeh şəxslər barəsində hüquqi prosedur başladılıb.

Qeyd edək ki, bəzi Misir KİV-lərinin məlumatlarında müsadirə olunan biskvitlərin “Oreo” adı ilə istehsal edildiyi yazılıb. Lakin həmin məhsulların “Oreo”nun rəsmi istehsalçısı ilə əlaqəli olduğu barədə təsdiqlənmiş məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!