Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas vəzifə Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirən fond ölkədə müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyini əsas götürür.
Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi geniş vüsət alıb. Müasir tələblərə cavab verən həmin məktəb binaları yeni avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunur. Bu bir daha göstərir ki, Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin savadlanması, habelə dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin üstün sahələrindən biridir. Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidən qurulması işini də daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafını sürətləndirmək məqsədilə YUNESKO ilə fəal əməkdaşlıq əlaqələri qurmuşdur.
Heydər Əliyev Fondunun təhsillə bağlı daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də Azərbaycanda mövcud olan internat məktəblərinə və uşaq evlərinə qayğının artırılmasıdır.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında deyib ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ölkəmizdə uğurla icra olundu: pizza hut
“Ulu Öndərimizin “Təhsil millətin gələcəyidir” fəlsəfi fikri Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı uğrunda əsas prinsipi oldu. Son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, təhsil diqqətdən kənarda qalmadı. 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.
2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərlə bərabər, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sosial-humanitar sahələrə, eləcə də təhsilə olduqca mühüm töhfələr veribdir”.
Deputatın sözlərinə görə, dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir:
“Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrin coğrafiyası, sayı və miqyasının ilbəil daha da genişlənmiş, təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təmin edilmişdir. Bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnməsində Heydər Əliyev Fondu tərəfindən görülən çoxsaylı tədbirlərin rolu əvəzsizdir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir”.
Məlahət İbrahimqızı yeni məktəb binalarının və tədris korpuslarının inşası ilə şagird sıxlığınıb aradan qalxdığını vurğulayıb:
“Məhz bugünlərdə Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunmuş 304 nömrəli tam orta məktəbin xalqın istifadəsinə verilməsi də həyata keçirilən siyasətin məntiqi davamıdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ilk icra etdiyi layihələrdən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. Bu proqram çərçivəsində yüzlərlə məktəbəqədər və təhsil müəssisələri inşa edilib. Elə bu gün də belə layihələr uğurla davam edir.
2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib.
2020-ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bunlar sözsüz ki, ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir”.
M.İbrahimqızı qeyd edib ki, təhsil Azərbaycan qadının inkişafı, gələcəyidir:
“Ucqar bölgələrdə, kənd yerlərində qızların təhsildən yayınması halları baş verir. Çox ciddi məsələdir. Ucqar bölgələrdə təhsil infranstrukturunun gücləndirilməsi və müasir standartlara cavab verməsinin böyük əhəmiyyəti var. Sərhədyanı bölgələrdə əhalinin davamlı məskunlaşması urbanizasiyasıdır. Bu da bölgələrdə əhalinin sayının azalmasına səbəb olur. Bu gün ən ciddi məsələlərdən biri qızların təhsilə cəlb olunmasıdır. Bir çox inkişaf etmiş ölkələrin özündə qızların təhsilini yarımçıq buraxması halları var. Sözsüz ki, bu hal hər bir ölkə də özünəməxsus şəkildə olur.
Qızlarımızın bu bölgələrdə təhsilə cəlb olunmasında problem olmur. Mehriban xanım Azərbaycan qadınlarının sonuncu qurultayında və bir neçə beynəlxalq tədbirlərdə YUNESKO-nun xoşməramlı səfiri kimi qızların təhsildən yayınma və erkən nikah məsələsini qaldırıb. Biz vətəndaş cəmiyyəti olaraq birinci xanımımıza dəstək üçün hər birimiz əlimizdən gələni etməliyik.
Sərhəd bölgələrində Heydər Əliyev Fondunun göstərdiyi diqqəti yüksək qiymətləndirirəm. Təhsil millətin gələcəyidir. Təhsil Azərbaycan qadının inkişafı, gələcəyidir. Çünki təhsilli ana daha gözəl övlad yetişdirəcək".
Nəzrin Vahid
Telegram kanalımız