Həyat yoldaşından Rəvan Qarayevə qadağa

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşından Rəvan Qarayevə qadağa

Şou

17 İyun 2026 00:41 5971


Bir neçə gün əvvəl üçüncü dəfə ailə quran müğənni Rəvan Qarayev həyat yoldaşının ona efirdə çox danışmağa icazə vermədiyini bildirib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, “Günə uğurla” proqramında danışıb.

“Çox adam deyir ki, məni toya niyə çağırmadınız. Bəlkə də çağırsaydım, gəlməyəcəkdilər. Toya az sayda qonaq dəvət etmişdik. Hazırda həyat yoldaşım həkimlərlə birlikdə Niderlandda keçirilən konfransdadır. Bayaq deyirdi ki, efirdə çox danışma. Danışa bilmirəm, söz deyə bilmirəm. Efirdə çox şeyi açıqlamağa qoymur. Çağırmadığım dostlarım məndən incidi, çağırdıqlarımın eləsi var idi ki, gəlmədi. Gəlməyənlər də sonradan təbrik etdi” deyə, Rəvan Qarayev bildirib. pizza hut

Qeyd edək ki, bu, Rəvan Qarayevin üçüncü, Səbinə xanımın isə ikinci evliliyidir. Rəvanın əvvəlki nikahlardan 2, Səbinənin isə 1 qız övladı var. /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!