Hikmət Hacıyev “Qarabağ”lı oyunçularla “İmarət”də futbol oynadı - Video
28 Noy 2020 17:43
891

Hikmət Hacıyev “Qarabağ”lı oyunçularla “İmarət”də futbol oynadı - Video

Ağdamın “Qarabağ” klubu 27 illik həsrətdən sonra ilk dəfə doğma məkanda futbol oynayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Haber Global görüntüləri yayımlayıb.

Həmin görüntülərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də futbolçularla birlikdə futbol oynayır. Bu simvolik matç diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində keçirilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər