Hindistan və Çin sərhəd məsələləri ilə bağlı dialoqu davam etdirmək və bununla bağlı məsələləri qısa müddətdə həll etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bu barədə iki ölkənin sərhəd mühafizəsi korpusu səviyyəsində aparılan danışıqlardan sonra yayılan birgə bəyanatda bildirilib.
Müvafiq olaraq, tərəflər Qərb sektorunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, eləcə də qalan problemlərin tezliklə həlli üçün sıx təmasda olmaq və hərbi və diplomatik dialoqu davam etdirmək barədə razılığa gəliblər. pizza hut
Xatırladaq ki, iki ölkənin sərhəd qoşunları komandirlərinin görüşü Çuşul-Moldo sərhəd-keçid məntəqəsində baş tutub.
Telegram kanalımız