İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son 24 saat ərzində Hörmüz boğazından keçməyə çalışan altı kommersiya gəmisinin istiqamətinə “xəbərdarlıq atəşi” açdığı bildirilib.
''Yeni Sabah'' xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, həmin gəmilər Tehranın müəyyən etdiyi marşruta “uyğun olmayan” istiqamətdə hərəkət ediblər.
Bundan əlavə, SEPAH bir gün əvvəl də Hörmüz boğazından keçməyə çalışan dörd gəmini “icazəsiz tranzit cəhdi” səbəbilə saxladığını açıqlayıb. Toyuqlu pizza
Telegram kanalımız