Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu

Dünya

07 İyul 2026 18:11 28


Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinə (UKMTO) Hörmüz boğazından keçən tankerlə bağlı insident barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.

"Tanker naməlum mərmi ilə vurulub. Heç bir itki və ətraf mühitə ziyan qeydə alınmayıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərə keçid zamanı ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd edilib. Dominos pizza

Bununla belə, tankerin hansı ölkənin bayrağı altında hərəkət etdiyi açıqlanmayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!