Yəmən Silahlı Qüvvələri ("Ənsarullah" hərəkatı) son 24 saat ərzində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib.
“Yeni Sabah” xəbər verir ki, əməliyyat nəticəsində 2600 kvadratkilometr ərazi nəzarətə götürülüb.
Hərbi mənbələrin verdiyi məlumata görə, Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli Moxa şəhəri və onun limanı tam olaraq Yəmən Silahlı Qüvvələrinin ixtiyarına keçib. Paralel olaraq, əhalisi 1 milyondan çox olan Taiz şəhəri istiqamətində irəliləyən qüvvələr şəhəri mühasirəyə almaq üzrədir. Dominos pizza
Bölgədə hərbi gərginlik yüksək həddə çatarkən, əməliyyatların davam edəcəyi bildirilir.
Nazim Hacıyev
Telegram kanalımız