I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək 

Sosial

02 İyun 2022 14:01 1020


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-5-də I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

Yenisabah.az-a DİM-dən verilən məlumata əsasən imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00 da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. pizza mizza

İyunun 4-də keçiriləcək imtahanda 21 min 753, iyunun 5-də keçiriləcək imtahanlarda isə 16 min 786 nəfər olmaqla, ümumilikdə 38 min 539 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!