“İbadi” meşəsində tapılan meyitlər: Ölənin atası danışdı

saytların hazırlanması

Evə çatdırılma

“İbadi” meşəsində tapılan meyitlər: Ölənin atası danışdı

Hadisə

12 Avqust 2026 13:21 38


Lənkəranda “İbadi” meşəsində meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyeva əminəvəsi imişlər.

“Yeni Sabah” Baku TV-yə istinadla xəbər verir ki, mərhumun atası Vurğun Mirzəyev bildirib:

"Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatlıqdır, anam oradadır, yanına gedirəm. Üstündən 1 gün keçdi, ona zəng çatmadı. Eşitdim ki, Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar”. Dominos pizza

Hazırda hər iki meyit Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq. 

Xatırladaq ki, 6 gün əvvəl evdən çıxmış X.Mirzəyev və F.Mirzəyevanın cəsədləri avqustun 11-də “İbadi” deyilən meşəlik ərazisində tapılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!