İca başçısı şəhidin anım mərasimində - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İca başçısı şəhidin anım mərasimində - Fotolar

Sosial

19 Noyabr 2023 20:58 1087


Noyabrın 19-da Vətən müharibəsi şəhidi Orucov Elmir Elyar oğlunun anım günü qeyd edilib.

Yenisabah.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Orucov Elmir Elyar oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib. Bir 7 kişi ve yazı görseli olabilirBir 2 kişi ve Tomb of the Unknown Soldier görseli olabilirBir 4 kişi, anıt ve yazı görseli olabilirBir 3 kişi görseli olabilirBir 7 kişi ve yazı görseli olabilir

Bir 9 kişi görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!