İcra başçısı sürücüsünü baş mütəxəssis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı sürücüsünü baş mütəxəssis təyin etdi

Sosial

25 Noyabr 2025 14:54 6024


Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib. Pepperoni pizza

Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!