Bu gün Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun yubileyidir. Onun 60 yaşı tamam olur.
Ə.Əzizov həssas təbəqəyə xüsusi münasibəti ilə seçilən məmurlardandır. O, şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin hamisi və qayğıkeşi kimi tanınır. Vəzifədə işlədiyi uzun illər ərzində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, onların sosial vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edib.
Ailəlikcə erməni təcavüzündən əziyyət çəkən Əziz Əzizov 1993-cü ilin avqust-oktyabr aylarında dinc əhalinin müharibə bölgəsindən çıxarılmasında şəxsən iştirak edib. O, yurd-yuvasından didərgin düşmüş 100-ə yaxın ailənin Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində məskunlaşmasına birbaşa rəhbərlik edib. Dominos pizza
Əziz Əzizovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayırıq!
Telegram kanalımız