İcra başçısından şikayət edən ailəyə Prezidentin köməkçisi zəng etdi
02 May 2020 14:22
410

İcra başçısından şikayət edən ailəyə Prezidentin köməkçisi zəng etdi

Prezident İlham Əliyev də yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman Biləsuvarın həbs edilən icra başçısı Mahir Quliyevin əməllərinə də toxunub.

Yenisabah.az xəbər verir ki, Prezident keçmiş icra başçısının rayonda bir neçə vətəndaşa məxsus torpaq sahəsini ələ keçirməsi barədə məlumat aldğını deyib. “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”, - deyə İlham Əliyev vurğulayıb.

Bu məsələ “BakıPost”saytından da işıqlandırılmışdı. Sayt yazır ki, artıq Prezidentin köməkçisi Anar Ələkbərov həmin vətəndaşlardan biri ilə əlaqə saxlayıb.

“Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.

İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”, -deyə Mahir Quliyevdən şikayətçi olan Vaqif Abışov adlı rayon sakini bildirib.

Oxşar xəbərlər