İcra başçısının sürücüsü qəzada həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının sürücüsü qəzada həlak oldu

Kriminal

10 Avqust 2026 09:03 2205


Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. pizza hut

Qəza zamanı daha bir nəfər - Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!