“İctimai yerlərdə maskalardan istifadə zəruridur“ - ÜST
06 İyn 2020 19:38
222

“İctimai yerlərdə maskalardan istifadə zəruridur“ - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

TƏBİB-dən Yenisabah.az-a verilən məlumata görə, təlimatlara görə infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. 

"ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib. 

Vətəndaşlarımızı bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırırıq" - deyə, məlumatda qeyd olunub. 

Oxşar xəbərlər