İftar süfrəsi üçün reseptlər

saytların hazırlanması

Evə çatdırılma

İftar süfrəsi üçün reseptlər

Sosial

26 Mart 2024 17:47 701


Yenisabah.az Axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

"Həlqə" peçenyesi

Ərzaqlar: Marqarita pizza

Su - 250 ml.  

Un - 150 qr. 

Yumurta - 3 ədəd

Mannı - 4 yemək qaşığı

Yağ - 60 qr.

Bir çimdik duz

Şərbət üçün:

Şəkər tozu - 3 st.

Su - 2 st.

Limon - 1/4 ədəd

Üzəri üçün:

Yaşıl fıstıq və ya qoz

Hazırlanması:

Əvvəlcə şərbətin ərzaqlarını qaynadıb soyumağa qoyun. Daha sonra suyu, marqarini vam oda qoyub duzu əlavə edib qaynadın. İçinə un əlavə edib, dayanmadan qarışdırın. 4-5 dəqiqə qaldıqdan sonra götürün. Mikserlə qarışdıraraq soyudun. Üzərinə yumurtaları tək-tək əlavə edin. Soyuyanda mannını əlavə edib, halqa formasında peçenyelər düzəldin. isidilmiş duru yağa atıb, qızardın. Daha sonra şərbətə qoyun. Süfrəyə verərkən üzərinə qoz və ya fıstıq səpin.

Sarımsaqlı badımcan

Ərzaqlar: Marqarita pizza

Badımcan - 3 ədəd

Soğan - 1 ədəd

Sarımsaq - 3 diş

Pomidor - 2 ədəd

Acı bibər - 1 ədəd

Qırmızı biber - 1 ədəd 

Cəfəri - 7-8 budaq 

Duz zövqə görə

 

Qızartmaq üçün:

Duru yağ

Hazırlanması:

Badımcanları yuyub uzunsöv doğrayın. Daha sonra yağda qızardın. Xırda doğranmış soğanı və sarımsağı yağda qovurun. Pomidor və bibəri çox kiçik doğrayaraq, üzərinə əlavə edin. Bişdikdən sonra xırda doğranmış cəfərini tökün. Duzlayın və hər badımcan diliminin uc qisiminə içliyi yerləşdirib rulet şəklində bükün.

Xarço şorbası

Ərzaqlar: Marqarita pizza

Mal əti -300 qr.

Kartof - 1 ədəd

Soğan - 1 ədəd

Yumru düyü - 100 qr.

Sarımsaq - 1 diş

Kərə yağı - 60 qr.

Tomat pastası - 1 ç/q

Dəfnə yarpağı - 2 ədəd

Nanə qurusu, sarıkök, duz

Hazırlanması:

Əti yuyub, suda qaynadın. Bişdikdən sonra xırda doğrayın. Soğanı xırda doğrayıb yağda qızardın. Üzərinə tomat pastası və qasığın ucunda sarıkök əlavə edin. Sarımsağı xırda doğrayıb, ət, dəfnə yarpağı ilə birlikdə soğanın üzərinə əlavə edin və 2-3 dəqiqə bişirin. Qazana 1,5 litr qaynar su əlavə edib, qarışdırın. Kartofu xırda doğrayıb yeməyə tökün. Düyünü əlavə edib, vam odda bişirin. Bişdikdən sonra 30 dəqiqə saxlayıb, sonra süfəryə verin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!