III ixtisas qrupuyla bağlı dəyişiklik təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

III ixtisas qrupuyla bağlı dəyişiklik təsdiqləndi

Sosial

25 Fevral 2022 14:25 446


Ali məktəblərə tələbə qəbulu qaydalarında edilən dəyişikliklərdən biri də altqruplarla bağlıdır.

Abituriyentləri maraqlandıran məsələlərdən biri də qəbul zamanı hər iki altqrupun seçilib-seçilə bilməyəcəyi ilə əlaqəlidir.

Yenisabah.az DİM rəhbəri Məleykə Abbaszadəyə istinadla xəbər verir ki, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər. Dominos pizza

III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!