7 İyul - 02:01
İkinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir - Fotolar

İkinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir - Fotolar

Sosial

24 Aprel 2022 18:32 2109


Bu gün "Yüksəliş" müsabiqəsinin “Ümumi biliklər üzrə onlayn imtahan”ı keçirilib.

Yenisabah.az xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

İmtahanda 7294 iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib.

Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12 min 299 namizəd müraciət edib. Onlardan 12 min 253-ü onlayn mərhələdə iştirak haqqı qazanıb.

Namizədləri qarşıda onlayn mərhələnin “Qabiliyyət imtahanı” gözləyir. “Qabiliyyət imtahanı”da testlər abstrakt düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığı verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə aparılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!