“Ramazanda geniş müzakirə olunan mövzulardan biri də fitrə zəkatının məbləğidir. hər bir şəxsin imkanından asılı olaraq, məbləğ 5-15 AZN arası dəyişə bilər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, fitrə zəkatı ərzağın miqdarından asılıdır: pizza hut
"Əgər siz fitrə zəkatı buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”.
Deputat qeyd edib ki, İslam alimləri fitrə zəkatının ərzaqla verilməsinin vacibliyini vurğulayır:
"“Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər" məsələsinə gəldikdə isə bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq, bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.
Günümüzün reallıqları nəzər alsaq, görərik ki, fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.
İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə imkansız və kimsəsiz insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun”.
Nəzrin Vahid
Ответить
Telegram kanalımız