Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ABŞ-nin Prezidenti Donald Trampa təşəkkür edib.
"Yeni Sabah" xəbər verir ki, dövlətimizin başçısı Donald Trampa onun Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün minnətdarlığını bildirib.
Xatırladaq ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Donald Trampı "Sülh adamı" adlandırıb. pizza sifarişi
Azərbaycan Prezidenti paylaşımında, həmçinin tarixi Vaşinqton Sammitinin birinci ildönümünün yaxınlaşdığını vurğulayıb.
Telegram kanalımız