İlham Əliyev İran Prezidentinə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev İran Prezidentinə təşəkkür etdi

Siyasət

10 Avqust 2026 11:15 190


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: Dominos pizza

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!