İlham Əliyev Trampı Nobelə namizədliyini dəstəkləyib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Trampı Nobelə namizədliyini dəstəkləyib

Siyasət

13 Avqust 2025 15:16 273


Ağ Ev ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatı üçün dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.

Yenisabah.az xəbər verir ki, bu barədə nəşr Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

Trampın namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqi Nguema, İsrailin baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivier Nduhungirehe dəstəkləyib. pizza

Daha əvvəl iyun ayında respublikaçı konqresmen Buddi Karter Trampı Nobel Sülh Mükafatına namizəd göstərmişdi. O, Nobel Komitəsinə yazdığı məktubda Trampın “İsrail və İran arasında silahlı münaqişəyə” son qoyulmasında “fövqəladə və tarixi rol” oynadığını bildirib. Bundan bir qədər əvvəl Pakistan hökuməti də onu Hindistanla münaqişədə vasitəçiliyinə görə mükafata layiq görülməsini tövsiyə etmişdi./


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!