İlk baxışda xəstəlik kimi görünür: Rusiyada yeni döymə trendi ŞOK yaratdı

saytların hazırlanması

Evə çatdırılma

İlk baxışda xəstəlik kimi görünür: Rusiyada yeni döymə trendi ŞOK yaratdı

Maraqlı

07 Oktyabr 2026 15:09 74


Rusiyada Z nəsli arasında dərini çürümüş, kiflənmiş və yaralı kimi göstərən qeyri-adi döymələr populyarlaşmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, gənclərin seçdiyi yeni döymə üslubunda dəridə infeksiya, qabıq bağlamış yara və çürümüş dəri görüntüsü yaradılır.

Ənənəvi döymələrdən fərqli olaraq, bu dizaynlarda yaşıl və tünd tonlardan istifadə edilir. Rəng və naxışların xüsusi kombinasiyası dərinin ilk baxışdan xəstə və ya çürümüş kimi görünməsinə səbəb olur. Sezar pizza

Bəzi döymələrdə kifə bənzər yaşıl ləkələr, digərlərində isə qabıq bağlamış yara görüntüsü yaradılır. Bu səbəbdən döyməni ilk dəfə görənlər onun həqiqi dəri xəstəliyi və ya yara olduğunu düşünə bilirlər.

Qeyri-adi döymələrə münasibət isə birmənalı deyil. Bəzi gənclər bu dizaynları maraqlı və estetik hesab edir, digərləri isə görüntünün həddindən artıq real olması səbəbindən ona baxmaqda çətinlik çəkir.

Bu üslub xüsusilə klassik döymələrdən fərqli görünüş istəyən gənclər arasında yeni trend kimi diqqət çəkir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!