Dohada keçirilən dolayı danışıqlarda İran və Amerika tərəfləri Tehranın xaricdəki dondurulmuş aktivlərindən 3 milyard dolların azad edilməsi barədə ilkin razılığa gəliblər.
"Yeni Sabah" Əl-Ərəbiyyə-yə istinadla xəbər verir ki, bunun ABŞ-də, yoxsa başqa yerdə dondurulmuş aktivlərə aid olub-olmadığı dəqiqləşdirilməyib.
Məbləğin İrana verilməsi ilə bağlı son qərar danışıqlardakı irəliləyişdən asılı olacaq. Dördpendirli pizza
Tərəflər arasında, xüsusən də Hörmüz boğazı ilə bağlı dolayı danışıqlar davam edir. Oman əvvəllər boğaz üçün öz planını təklif etmişdi. Hər tərəfin Oman təşəbbüsü ilə bağlı məsləhətləşmələr üçün öz ölkələrinə qayıtması gözlənilir.
Telegram kanalımız