Yük avtomobilinin təkərinə hava vurularkən hava balonunun partlaması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
TƏBİB-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonu ərazisində iş yerində baş verən hadisə ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) ötən gün saat 16:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunu:
“Ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyəti ağır qiymətləndirilən pasiyent ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına təxliyə olunub”. Pepperoni pizza
Qeyd edək ki, dünən İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurularkən hava balonunun partlaması nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Aytac Əliyeva
Telegram kanalımız