Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Soçidə saxta ad altında yaşayır və ailəsi Rusiyada olduqları illər ərzində yüzlərlə hektar torpaq və onlarla əmlak əldə edib.
“Yeni Sabah” xəbər verir ki, bu, Toronto Televiziyasının (Kanada) araşdırmasında əks olunub.
Yanukoviç arvadı Lyubov Polejay ilə Soçidəki mülkdə məskunlaşıb və çox güman ki, Abxaziyaya səfərlərində Polejayı müşayiət etdiyi Oleq Nikolayeviç Leonovun adına sənədlərdən istifadə edir. Bundan əlavə, Rusiya məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçinki ilə eyni göstərilir və qaçaq siyasətçinin anasının qızlıq soyadı Leonova olub. pizza hut
Rusiyada olduqları illər ərzində Yanukoviçin qohumları yüzlərlə hektar torpaq, onlarla əmlak əldə edib və bank hesablarına milyonlarla dollar yatırıblar. Keçmiş prezidentin oğlu Aleksandr arvadı və 2 oğlu ilə birlikdə Sokolov soyadı altında yaşayır, Lyubov Polejay isə soyadını qızlıq soyadı Sadıkova ilə dəyişdirib.
Telegram kanalımız