“Əvvəllər uşaqlar müəllimlərdən çəkinirdilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Soy” prodakşnın rəhbəri Oqtay Əliyev deyib.
Onun sözlərinə görə, sinifdə çətin tərbiyyə olunan bir şagird varsa, o, bütün uşaqlara təsir göstərir:
“Bu hallar əvvəlki dövrlərdə də var idi. Əslinə qalsa, əvvəllər uşaqlar müəllimlərdən çəkinirdilər. Məktəblərdə iclaslar, ictimai qınaq olurdu.
Oxumayan uşağı 8-ci sinifdən çıxarıb peşə məktəbinə qoyurdular. Peşə məktəbində də ancaq kişilər dərs deyirdi. Əllərinin biri həmin uşağın başı boyda olurdu. Nəsə edəndə təpsində vururdular. Dominos pizza
Bir sinifdə çətin tərbiyyə olunan uşaq varsa, o bütün uşaqlara təsir edir. Onları dərsdən qaçmağa, yanında bıçaq gəzdirməyə, siqaret çəkməyə məcbur edir. Deyir, “kişi deyilsən ki”.. Yaxşı oxuyan uşaqlar onların ab-havasına düşür. Düşməyəndə həmin uşağı ələ salmağa başlayırlar. O dövrdə özünü idarə edə bilməyən uşaqların neçənci sinifdə oxuduğu fərq etmir, qolundan tutub, çıxarırdılar. Onları gecə məktəblərində oxudurdular. Valideynlərini belə həftədə bir dəfə görə bilərdi”.
Oqtay Əliyevin sözlərinə görə, bu kimi hallar hamısı dövlət məktəblərində baş verir:
“Bunların hamısı dövlət məktəblərində baş verir. Nəzarət yoxdur. Müəllim uşağa söz deyə bilmir. Şagird müəllimə hədə-qorxu gəlir ki, “səni şikayət edəcəm”. Bu səbəbdən də valideyn yaxşı oxuyan şagirdi borc-xərclə özəl məktəbə qouyur. Çünki orada nəzarət var.
Məktəblilərin arasında meyxana deyənlər, “çolka” buraxanlar, siqaret çəkənlər, bıçaqla gəzib narkotik aludəçisi olanlar var. Çox acınacaqlı vəziyyətdir. Ola bilər, Avropada uşaqla müəllim dostudur. Bizdə müəllimlə şagird dost ola bilməz. Uşaq müəllimdən çəkinməlidir. Biz hamımız müəllim tərəfindən tənbeh olunmuşuq”.
Rejissor qeyd edib ki, müəllim uşağa cəza verəndə valideyn deyirdi ki, “müəllim nə edibsə, düz edib:
“Müəllim uşağın qulağın da bururdu, cəza da verirdi. Valideyni heç vaxt cəsarət edib, müəllimlə davaya çıxmırdı. Mətbuatın da çox böyük günahı var. Müəllim uşağın üstünə qışqıran kimi deyirlər ki, müəllim zorakıllıq edib. Uşaq özünü normal aparsa, müəllim ona söz deməz. Elə vəziyyət yaranıb ki, artıq müəllim şagirdə söz deyə bilmir. Çünki şagird deyir ki, səni şikayət edəcəm. Neçə müəllimləri bu səbəbdən işdən çıxarıb, tənbeh etdilər.
Uşaq müəllimdən çəkinməlidir. Biz hamımız müəllim tərəfindən tənbeh olunmuşuq. Valideyn də deyib ki, müəllim yaxşı edib. Müəllim nə edibsə, düzdür. İndi elə deyil. İndi məktəbdən uşaqdan çox valideyn çıxır. Cəmiyyətdə müəllimlə şagird arasında sədd olmalıdır”.
Nəzrin Vahid
Telegram kanalımız