İnsan dağıntı altında nə qədər sağ qala bilər? – “2-3 gün, hətta...”

saytların hazırlanması

Evə çatdırılma

İnsan dağıntı altında nə qədər sağ qala bilər? – “2-3 gün, hətta...”

Sosial

07 Fevral 2023 17:22 2009


“İnsanın fiziki və ruhi sağlamlığı ilə yanaşı immun sisteminin olması da vacibdir. Ona görə də onun zəlzələ zamanı dağıntılar altında sağ qalmasının müddəti fərqli ola bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev deyib.

O, Türkiyədə baş verən zəlzələdən sonra bir insanın neçə müddət dağıntılar altında qala bilməsi ehtimalını şərh edib: pizza

“İnsan var ki, nəfəs yolları normal işləyir, onun dağıntılar altında qalma müddəti başqadır. Yaxud insan var ki, tez əsəbiləşir, nevrozdur, sarsıntı və qorxu keçirir. Məsələn, adamlar var ki, kütlənin içinə düşəndə ürəkləri darıxır. Yəni bunlar çox fərqli məqamlardır. Lakin, əgər nəfəs alma, hava varsa, bədən sağlamdırsa – hansı ki, ac qalmaq olar, amma susuz qalmaq çətindir – bu soyuq havada normal insanın 2-3 gün, hətta bir az çox qalma imkanları var. Amma dediyim o şərtlər əsas sayılır”.

“Hətta mən burada nevroz, şəkər, ürək xəstəlikləri və s. dedim. Bunlar da əsas şərtdir. Əgər hava gəlirsə, bəlkə insan 1 həftə belə qala bilər, yaxud 10 gün. Bu, artıq səbir məsələsinə də daxildir. Çünki indiki zamanda insanların xəstəliyi, nəfəs, virus immun sistemini aşağı salır. Burada söhbət tək-tük insanlardan gedir”, – əlavə edib.

“Məsələn, dağıntılar altından uşaqlar çıxır. Halbuki biz deyirik ki, uşaqlar tez ölə bilər, amma, Allaha şükür, hamısı sağlam çıxırlar. Bunların hamısı həm fərdi xüsusiyyətlərə, həm də qorxu hissinə bağlı olan məsələlərdir. Burada daha çox insanın şəxsi hazırlığından söhbət gedir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!