“Yuxu problemləri, yuxudan doymama halları orqanizmdə olan xəstəliklərlə bağlı ola bilər”.
Yenisabah.az xəbər verir ki, həkim-nevroloq Qalib Əsədov bildirib.
Yuxudan doymama hazırda geniş yayılmış haldır. Bəziləri bunu müasir həyatın sürətli ritmi ilə izah edir. Digərləri həmin halı insanın fərdi xarakteri, əsasən, tənbəlliklə əlaqələndirir. "Qış yorğunluğu" və s. fəsil dəyişikliyinin insanın yuxulamasına da təsiri iddia olunur. pizza hut
Bunlardan hansı daha düzgün izahdır? Yuxudan doymama xəstəlikdirmi?
Qalib Əsədov bu problemin müalicə olunmasının vacib olduğunu vurğulayıb:
“Yuxudan doymamağın, yuxusuzluğun bir çox səbəbi ola bilər. Yuxunun keyfiyyətsiz olması, gecə növbələri, yuxu zamanı beynin istirahət edə bilməməsi, rejimsiz yatmalar və orqanizmdə olan xəstəliklər yuxunun pozulmasına gətirib çıxara bilər.
İnsan xarakterinin hər şeyə təsiri olduğu kimi yuxuya da təsiri var. Emosional insanların yuxusu daha çox pozula bilir, soyuqqanlı insanlarda isə əksinə.
Ümumiyyətlə, tez və ya gec yatmaq insanın genetikasından aslıdır. İnsanlar "bayquşlar"a və "bildirçinlər"ə bölünür. "Bildirçinlər"ə aid olan insanlar tez yatıb tez oyanır, "bayquşlar" isə gec yatıb gec oyanır. Ümumi olaraq, ortayaşlı insanlar üçün 8 saat yuxu mütləqdir.
Yuxulama vaxtı elə tənzimlənməlidir ki, 8 saatlıq norma mütləq olsın".
Həkim-nevroloqun sözlərinə görə, fəsil dəyişkənliyi də yuxu rejiminə təsir edir:
"Qışda gün tez batdığı üçün daha tez yuxuya gedirik. Yazda və yayda isə gün gün uzun olduğundan orqanizmin aktivliyi artır və yuxunu tam ala bilmirik".
Sonda Qalib Əsədov qeyd edib: "İstənilən yuxu pozuntusu halında müalicə alınmalıdr. Çünki hansısa orqanizm problemi ilə əlaqəli ola bilər.”
Pünhan HƏSƏNOVA
Telegram kanalımız