İntihar edən tələbə ilə bağlı universitetdən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Sosial

14 Fevral 2022 17:19 1169


Dünən intihar edən 20 yaşlı tələbə haqqında rəsmi açıqlama verilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov Modern.az-a danışarkən Adıyeva Xədicənin çalışqan tələbə olduğunu bildirib.

Onun sözlərinə görə, intihar edən qız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexantronika və robot mexanika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi olub: Toyuqlu pizza

"20 yaşlı  Adıyeva Xədicə Yaşar qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib. Həmin 3-cü kurs 1-ci kursdan onlayn təhsilə keçdiyi üçün tələbəni daha yaxından tanımırdıq, ancaq  tanıyan bir-iki müəllimi haqqında müsbət fikirlər söyləyirlər. Aldığı qiymətlərə baxsaq, çalışqan tələbə olub. Bu gün ailəsi ilə əlaqə saxladıq, acıları təzə olduğu üçün çox danışmadılar. Nə üçün intihar etdiyini isə hələlik bilmədiklərini dedilər".

 Ailə üzvləri universitet rəsmisilə danışarkən, son bir ayda Xədicənin özünə qapandığını, depressiyada olduğunu bildiriblər.

Qeyd edək ki, hadisə paytaxtın  Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!