İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi
21 Noy 2020 20:33
593

İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi

Bu gün axşam saatlarında Zaqatalanın Mamrıx kəndində intihara cəhd hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, kənd sakini 1997-ci il təvəllüdlü Elşad Rasim oğlu Ramazanov kəndin ərazisində quraşdırılmış mobil rabitə qülləsinin üstünə çıxaraq özünü atmaq istəyib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. 

E.Ramazanovla aparılan psixoloji danışıqlar nəticəsində onu intihar etməkdən yayındırmaq mümkün olub. O, müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər