İntim görüntü məhkəmədə sübut kimi təqdim oluna bilərmi? -   Vəkildən cavab

saytların hazırlanması

Evə çatdırılma

İntim görüntü məhkəmədə sübut kimi təqdim oluna bilərmi? - Vəkildən cavab

Sosial

01 Sentyabr 2022 12:55 2817


Sosial şəbəkələrdə bir kişinin arvadının başqa bir kişi ilə intim əlaqəsini əks etdirən video yayılıb. Bu sayaq videoların şəxsin təqsirini sübut etmək çəkildiyi iddia olunur. Amma qanun buna icazə verirmi?

Yenisabah.az-a açıqlamasında vəkil Fərid Məmmədli bildirib ki, kiminsə intim görüntülərini çəkmək olmaz:

“Bu məsələ xarici dövlətlərdə keçərlidir. Orada nikah pozularkən tərəflərdən birinin xəyanətini sübut etmək iddiaçı və ya cavabdehin üzərinə qoyula bilər. Amma Azərbaycan qanunvericiliyində bu tələb yoxdur. Nikahın pozulmasını istəmək tərəflərin şəxsi işidir. Onlar məhkəmədə bunu sübut etmək məcburiyyətində deyillər.  Toyuqlu pizza

Şəxs görüntüləri yaymaq üçün çəkməsə və bu niyyəti olmasa belə, kiminsə intim görüntülərini qeydə almaq şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır”.

Vəkil bildirib ki, məhkəmədə sübut üçün hakimə kiminsə intim görüntülərini təqdim etmə hüquqi məsuliyyət doğurur:

“Hər iki tərəf razıdırsa, ortada xəyanətin olub-olmaması halında belə, məhkəmə onları boşayacaq. Əgər bir tərəf razı deyilsə, bu halda məhkəmə tərəflərə barışıq üçün 3 ay möhlət verir. 3 aydan sonra yenidən məhkəmə iclası keçirilir, yenə də tərəflərdən biri boşanmada israrlıdırsa, məhkəmə qırarı çıxarır”.

Fərid Məmmədlinin sözünə görə, kimsə intim görüntüləri məhkəmədə hakimə sübut üçün təqdim etsə, bu hal şəxsi həyata müdaxilə hesab edilir. Əks tərəf hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər.

İmamət İSMAYILOVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!