İran məktəblərində zəhərlənmə: Baiskarlar həbs olunur

saytların hazırlanması

Evə çatdırılma

İran məktəblərində zəhərlənmə: Baiskarlar həbs olunur

Dünya

08 Mart 2023 17:44 692


"Antiinqilabi ünsürlər ailələri qıcıqlandıraraq deyirlər ki, övladınız zəhərlənib, bununla da onlar iğtişaş yaratmağa çalışır".

Yenisabah.az "Fars"a istinadla xəbər verir ki, bunu İran daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi deyib.

O, orta məktəblərdə şagirdlərin xəstələnməsinin yeni təfərrüatları barədə danışıb. Dördpendirli pizza

Mirəhmədinin sözlərinə görə, Daxili İşlər Nazirliyi, Kəşfiyyat Nazirliyi, İİKK Kəşfiyyat Təşkilatı və "Fərəcə" də daxil olmaqla, ölkənin hüquq-mühafizə qurumları 6 vilayətdə çoxlu sayda adam həbs edib.

"Bu işin əsas layihəçisi və plançısı olan əsas şəxsin 4 "Telegram" kanalı var. Onun kanallarının məzmununu araşdıraraq gördük ki, bu kanallarda istər iğtişaşlar zamanı, istərsə də yeni dövrdə məktəblərdə baş verən insident və hadisələr zamanı əksinqilabi məzmunlu, ittihamlar, şayiələr yerləşdirilir. Adıçəkilən şəxs bu ilin payızında baş verən iğtişaşlarda həbs edilib və sonradan azad olunub", - deyə nazir müavini qeyd edib.

M. Mirəhmədinin sözlərinə görə, həbs edilmiş şəxslərdən biri məktəblərdə xüsusi maddələr gətirib və onun vasitəsi ilə zəhərləmə əməliyyatı həyata keçirilib. Baş verən qarışıqlıq videoya çəkilərək sonradan xaricə göndərilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!