İran parlamentinin sədri: “Ya hamı, ya da heç kim!”

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin sədri: “Ya hamı, ya da heç kim!”

Dünya

22 İyul 2026 22:21 95


"Əgər Tehranın özü neft ixrac edə bilməyəcəksə, İran regionda heç kimə neft satmağa imkan verməyəcək".

"Yeni Sabah" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bizim neft sata bilmədiyimiz regionda heç kim neft sata bilməyəcək. Əgər təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazında təhlükəsizlik yalnız ABŞ qüvvələri bölgədə olmadığı halda mümkündür", - deyə o bildirib. Marqarita pizza

Qalibaf vurğulayıb ki, mövcud qarşıdurma artıq "ya hamı, ya da heç kim" prinsipinə əsaslanır.

Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab verdiyini bildirərək İran ərazisində bir neçə hədəfə zərbələr endirib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!