İran, Rusiya və Çin birgə hərbi təlimlərə hazırlaşır

İran, Rusiya və Çin birgə hərbi təlimlərə hazırlaşır
Sent 21, 2019 23:30
Oxunma sayı: 132

İran, Çin və Rusiya yaxın gələcəkdə Oman dənizində və Hind okeanının şimalında birgə hərbi dəniz təlimləri keçirəcək.

"Yeni Sabah" "Trend"ə istinadən məlumatına görə, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq və müdafiə diplomatiyası məsələləri üzrə rəisi Qədir Nizami bildirib.

Q.Nizaminin sözlərinə görə, bu hərbi təlimlər İranda İslam İnqilabından sonra ilk dəfə baş tutacaq.

Qərargah rəisi əlavə edib ki, hərbi təlimlərin müxtəlif məqsədləri olur:

"Çox vaxtlar hərbi təlimlərin məqsədi taktiki və hərbi təcrübələrin mübadiləsi olur. Bəzən hərbi təlimlər siyasi məqsədləri daşıyır və iştirakçılar arasında inteqrasiyanı əks etdirir".

Yenisabah.az