İran XİN rəsmi Bakının iradlarına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

İran XİN rəsmi Bakının iradlarına cavab verdi

Dünya

08 May 2023 13:26 823


"İki ölkənin mənafeyini və mehriban qonşuluğu qorumaq üçün diplomatik üsulların vacibliyini vurğulayırıq".

Yenisabah.az "Fars"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O bildirib: "Azərbaycanla əlaqələrə dair fikirləri açıq şəkildə bildirdik. İki xalq arasında münasibətlərin qırılmaz, mədəni və tarixi dərinliyə malik olduğunu və hər iki ölkənin mənafeyinə uyğun olmayan addımlar atılmaması və əks-mövqelər tutulmamasını, əksinə, bunun gərginlik yaratmaq istəyən tərəflərin maraqlarına xidmət ediyini vurğuladıq".  pizza hut

N. Kənani əlavə edib: "İran və Azərbaycan arasında mübahisəli məsələlərə, xüsusən də Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı məsələyə gəldikdə, məsələnin diplomatik həllinə geniş imkan yaratmağa hazırıq. Kədərli səhifələri bağlayaq, gələcəyə doğru irəliləyək".

Diplomatik qurumun sözçüsü deyib: "Bir daha vurğulayırıq ki, kürsülər arxasındakı bəyanatlar mübahisəli məsələlərin həllinə kömək etmir. Artıq vurğulamışıq ki, iki xarici işlər nazirləri arasında aparılan danışıqlar əsasında anlaşılmazlıqların aradan qaldırılması və mübahisələrin həlli üçün icraedici addımlar və danışıqlar yolları müəyyən edilib. Bu istiqamətdə tədbirlər də həyata keçirilib, nümayəndə heyətləri mübadiləsi aparılıb".

N. Kənani sözünün davamında qeyd edib: "Tribunalarda söylənən birtərəfli və qeyri-dəqiq hekayətlər onların doğruluğuna dəlalət etmir və qoy tərəflər müəyyən edilmiş yol xəritəsi çərçivəsində problemləri həll etsinlər və irəli addım atsınlar.

Biz iki ölkənin mənafeyini və mehriban qonşuluğu qorumaq üçün diplomatik üsulları vurğulayır və təkid edirik. Münasibətlərin pozulması və qeyri-sabitlik yaratmaq istəyən tərəflərin sui-istifadəsinə yol verməməliyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!