İranın Xarici İşlər Nazirliyi Emmanuel Makronun son bəyanatını "ikiüzlülük" adlandırıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Fransa prezidenti İrandakı iğtişaşlarla bağlı İran xalqının yanında olduğunu bildirib.
Rəsmi Tehran ölkədə baş verən son proseslərlə bağlı bəyanatı siyasi ittiham, daxili işlərə müdaxilə, habelə zorakılığa təşviq kimi qiymətləndirib. Dominos pizza
İran XİN-in sözçüsü Nasir Kənani deyib: "Bu, açıq-aşkar ikiüzlülükdür və bir daha sübut edir ki, Qərbdəki bir çox iddialı hökumətlərin lüğətində insan haqları siyasi məqsədlərə çatmaq və başqa ölkələrin işlərinə qarışmaq üçün alətdən başqa bir şey deyil".
Telegram kanalımız